İranda etirazlarda ölənlərin sayı 3000-i keçdi – HRANA


İranda etirazlar zamanı ölənlərin sayı 3000-i keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ-də yerləşən İranda İnsan Haqları Fəalları Təşkilatına (HRANA)istinadla məlumat yayıb.
Təşkilatın məlumatına görə, 2885 nümayişçi də daxil olmaqla 3090 nəfərin öldüyü təsdiqlənib.
Təşkilat həmçinin, on səkkiz gün ərzində ən azı 2055 nəfərin yaralandığını, 22 123 nəfərin isə saxlanıldığını bildirib.
Qeyd edək ki, İranda etirazlar 28 dekabr 2025-ci ildə - iqtisadi və sosial problemlərlə bağlı başlayıb. İğtişaşlar tədricən ölkə daxilində yayılıb və tələblər siyasi xarakter alıb.

DİGƏR XƏBƏRLƏR

Top