Karapetyanın ev dustaqlığının müddəti uzadıldı


Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi iş adamı Samvel Karapetyanı ev dustaqlığına qaytarmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib.
Vəkil bildirib ki, hakim Vahe Dolmazyanın sədrliyi ilə keçirilən korrupsiyaya qarşı mübarizə məhkəməsinin iclası 14 saat davam edib.
Digər məsələlərlə yanaşı, Karapetyana girov ödəmək tapşırılıb. Ona həmçinin Ermənistanı tərk etmək qadağan edilib. Ancaq vəkil girovun məbləğini açıqlamayıb.
Onun sözlərinə görə, dekabrın 30-da iş adamı istintaq təcridxanasından ev dustaqlığına keçirilib. Lakin 16 yanvarda Ermənistanın Apelyasiya Məhkəməsi Karapetyanı istintaq təcridxanasıma qaytarmaq barədə qərar qəbul edib.
Qeyd edək ki, Karapetyan 18 iyundan bəri həbsdədir. O, əvvəlcə Erməni Apostol Kilsəsini (AAC) dəstəkləməkdə ittiham olunub. Daha sonra iş adamına qarşı Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü maddələri ilə yeni ittihamlar irəli sürülüb: “vəzifə və ya rəsmi səlahiyyətlərindən sui-istifadə edərək, xüsusilə külli miqdarda çirkli pulların yuyulması”.

DİGƏR XƏBƏRLƏR

Top