
Bu gün saat 11:30 radələrində Bakı metrosunun “20 Yanvar” stansiyasında ölüm hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, stansiyasının platformasında kişi cinsli bir sərnişinin halı pisləşib.
Dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.
Tətbiqimizi yükləyə bilərsiniz