
İtaliyanın “Fiorentina” futbol klubunun prezidenti Rokko Kommiso 76 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kommisonun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.
Klub həmçinin “Fiorentina”nın “Viola Park2 təlim mərkəzinin onun adını daşıyacağını açıqlayıb.
Qeyd edək ki, Kommiso “Fiorentina”nı 2019-cu ildə alı və elə həmin onun prezidenti olu. Onun rəhbərliyi altında klub iki dəfə Konfrans Liqasının finalına (2023, 2024) və bir dəfə İtaliya Kubokunun finalına (2023) yüksəlib.
Tətbiqimizi yükləyə bilərsiniz