Ukraynanın İrandakı səfirliyi fəaliyyətini dayandırdı


Ukraynanın İrandakı səfirliyi təhlükəsizlik vəziyyətinin gərginləşməsi ilə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat səfirliyin “Facebook” səhifəsində öz əksini tapıb.
Bildirilib ki, diplomatik nümayəndəliyin işinin bərpası, eləcə də sonrakı tədbirlər və mümkün dəyişikliklər barədə əlavə məlumat veriləcək.
Eyni zamanda hazırda İranda olan ukraynalılara ölkəni tərk etmələri tövsiyə edilib.
Qeyd edək ki, bundan əvvəl bəzi digər ölkələr də İrandakı səfirliklərinin fəaliyyətini dayandırmışdılar.

DİGƏR XƏBƏRLƏR

Top