
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə Yəməndəki separatçılar arasındakı münaqişəni həll etmək niyyətində olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, Amerika lideri bunu Britaniyanın “The Daily Mail” qəzetinə verdiyi müsahibədə bildirib.
“Düşünürəm ki, bu, bizim məşğul olmalı olacağımız növbəti müharibədir. Biz ona doqquzuncu nömrəni verəcəyik”, - deyə o bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl Ağ Evə qayıtdıqdan sonra səkkiz müharibəni dayandırdığını bildirmişdi.
Xatırladaq ki, Yəməndə vəziyyət 2025-ci ilin dekabr ayının əvvəlində BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasının separatçıları şərqdəki Hadramaut və Mahra əyalətlərinə nəzarəti ələ keçirdikdən sonra gərginləşib. Buna cavab olaraq Yəmən hökuməti BƏƏ ilə birgə müdafiə müqaviləsini ləğv edib və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadan hərbi yardım istəyib. Yanvar ayında danışıqlar üçün Ər-Riyada gələn şura rəhbərliyinin bəzi üzvləri təşkilatın buraxıldığını bildiriblər. Yanvarın 11-də Yəmən hakimiyyəti hökumət qüvvələrinin müvəqqəti paytaxt Ədən də daxil olmaqla cənub və şərq əyalətlərinə nəzarəti bərpa etdiyini elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz