
Narkotik istintaqı çərçivəsində saxlanılan “Qalatasaray”ın keçmiş futbolçusu Ümit Karan həbs edilib.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, Ümit Karan da daxil olmaqla 23 şübhəlinin məhkəmə prosesi İstanbul Məhkəməsində başa çatıb.
Məhkəmə Ümit Karanla birlikdə 13 şübhəlinin həbsinə qərar verib və digər 9 şübhəli haqqında isə məhkəmə nəzarəti şərti ilə azad edib.
Ümit Karanın “narkotik və ya stimullaşdırıcı maddələrin qanunsuz satılması, alınması, daşınması, qəbul edilməsi və ya saxlanılması" ittihamları ilə həbs olunduğu məlum olub.
Qeyd edək ki, Türkiyədə “Gençlerbirliği”, “Qalatasaray”, “Ankaraspor” və “Eskişehirspor” klublarında oynayan Karan 2011-ci ilin avqustunda karyerasını başa vurub.
Tətbiqimizi yükləyə bilərsiniz