
ABŞ Prezidenti Donald Tramp İranda planlaşdırılan 800 hökumət əleyhinə etirazçının edamının ləğv edildiyini iddia edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerika lideri sosial şəbəkə hesabında paylaşım edib.
“Dünən üçün planlaşdırılan bütün edamların (800-dən çox) İran rəhbərliyi tərəfindən ləğv edilməsinə dərin hörmətim var. Təşəkkür edirəm!”, - Tramp yazıb.
Qeyd edək ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt 15 yanvarda keçirilən müntəzəm mətbuat brifinqində ABŞ-nin İranda qətllərin və edamların dayandırılacağına dair məlumat aldığını iddia edib. O, nəticə etibarilə 800 insanın həyatının xilas edildiyini deyib.
Tətbiqimizi yükləyə bilərsiniz