
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen tezliklə “Jirona”ya qoşulacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano sosial mediada məlumat yayıb.
Bildirilib ki, ter Ştegen “Jirona”ya icarəyə veriləcək və klublar müqaviləni yekunlaşdırmağa yaxındırlar.
Qeyd edək ki, qapıçı 2014-cü ildən “Barselona”da oynayır. Bu müddət ərzində ter Ştegen bütün yarışlarda 423 oyunda meydana çıxıb və 176 dəfə qapısını toxunulmaz saxlayıb.
Oyunçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Nüfuzlu onlayn portal “Transfermarkt”ın verdiyi məlumata görə, oyunçunun bazar dəyəri 7 milyon avrodur.
Tətbiqimizi yükləyə bilərsiniz