Uitkoff ABŞ-nin İrana qarşı dörd tələbini açıqladı


ABŞ Prezidentinin elçisi Stiv Uitkoff Vaşinqtonun Tehrandan diplomatik həll yolu əldə etməsi tələblərini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bunu Floridada İsrail-Amerika Şurası tərəfindən təşkil edilən konfransda çıxış edərkən bildirib.
“Ümid edirəm ki, diplomatik həll yolu tapılacaq. Dörd məsələ var: nüvə zənginləşdirilməsi; raketlər - onlar arsenallarını azaltmalıdırlar; təxminən 2 ton olan faktiki nüvə materialı 3,67-60% -ə qədər zənginləşdirilib; və əlbəttə ki, proksilər. Əgər onlar beynəlxalq birliyə qayıtmaq istəyirlərsə, biz bu dörd məsələni diplomatik yolla həll edə bilərik və bu, gözəl olardı. Məncə, alternativ pisdir”, - Uitkoff deyib.

DİGƏR XƏBƏRLƏR

Top