
Ermənistanın keçmiş prezidenti Robert Koçaryana və digərlərinə qarşı iş üzrə məhkəmə prokurora yeni ittihamların irəli sürülməsinə icazə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, iş 2008-ci ilin mart ayında baş verən hadisələrlə bağlıdır.
Ermənistanın keçmiş lideri, keçmiş baş nazirin müavini, keçmiş müdafiə naziri və keçmiş Baş Qərargah rəisi əvvəlcə Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsi (“konstitusiya quruluşunu devirmək”) ilə ittiham olunublar. Lakin 2021-ci ildə Konstitusiya Məhkəməsi bu maddənin Əsas Qanuna uyğun olmadığını müəyyən edib və iş bağlanıb.
Lakin 2023-cü ildə onlar işi yenidən açmaq qərarına gəliblər və eyni zamanda, yeni qəbul edilmiş Cinayət Məcəlləsinə bir maddə əlavə edərək, yeni ittiham irəli sürüblər.
Məhkəmə bu gün bu ittihamı təsdiq edib.
Tətbiqimizi yükləyə bilərsiniz