DİM işçilərin və ailə üzvlərinin tibbi sığortası üçün 238 min xərcləyəcək


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Meqa Sığorta” ASC (VÖEN – 1400143091) olub.
Yeniavaz.com
xəbər verir ki, “Meqa Sığorta” ASC DİM əməkdaşları və onların ailə üzvləri üçün könüllü tibbi sığorta xidməti təqdim edəcək.
Bildirilir ki, DİM ümumilikdə 820 nəfərin könüllü tibbi sığorta xidməti üçün “Meqa Sığorta”ya 237 min 800 manat ödəyəcək.
Açıqlanan məlumatdan da göründüyü kimi, bir nəfər üçün ödəniləcək tibbi sığorta haqqı 290 manat olacaq.
Sığorta olunan 820 nəfərin 340-ı DİM-in işçiləri, 480 nəfəri isə onların ailə üzvləridir. Eyni zamanda sığorta olunanların 430 nəfəri kişi, 390 nəfəri qadın, 24 nəfəri isə 3 yaşa qədər uşaqlardır.
Məlumat üçün bildirək ki, “Meqa Sığorta” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 23 milyon manat olan “Meqa Sığorta”nın əsas səhmdarlarından biri Əliyev Rauf Zeynal oğludur. Rauf Əliyev 1992-ci ildə Şuşa şəhərində anadan olub. O, 2014-cü ildən “Z Kommers” MMC-də, 2016-cı ildən isə “Brilliance” MMC-də təsisçi kimi fəaliyyət göstərir. Eyni zamanda, 2017-ci ildən etibarən “Mega Sığorta” ASC-nin səhmdarı və “Rabitəbank” ASC-nin əsas səhmdarı və Müşahidə Şurasının üzvüdür. Rauf Əliyevin atası ölkənin tanınmış iş adamlarından biri olan Əliyev Zeynal Hacıməmməd oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top