Karapetyan ev dustaqlığından təcridxanaya qaytarıldı


Ermənistanda ev dustaqlığında olan iş adamı Samvel Karapetyan yenidən istintaq təcridxanasına qaytarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Apellyasiya Məhkəməsinə istinadla “Sputnik Ermənistan” məlumat yayıb.
Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə “Taşir Şirkətlər Qrupu”nun sahibinin istintaq təcridxanasına qaytarılması barədə qərar qəbul edib.
Bununla da, Apellyasiya Məhkəməsi 2025-ci ilin sonlarında aşağı instansiya məhkəməsinin verdiyi qərarı ləğv edib.
Qeyd edək ki, Karapetyan 30 dekabr 2025-ci il tarixində məhkəmənin qərarı ilə istintaq təcridxanasından ev dustaqlığına buraxılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top