İranda etirazlar dayanıb – “Reuters”


İranda etiraz aksiyaları dayanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” bu ölkədəki insan haqları təşkilatları və sakinlərə istinadla məlumat yayıb.
Bildirilib ki, hakimiyyət qüvvələrinin ölümcül müdaxiləsi etirazların dayanması ilə nəticələnib.
“ABŞ-nin qətllər davam edərsə, müdaxilə etmək təhdidləri fonunda daha çox insan həbs olunduğu bildirilir. Prezident Donald Tramp etirazçıları dəstəkləmək üçün İrana qarşı dəfələrlə hərbi əməliyyat təhdidləri səsləndirib, lakin çərşənbə günü Trampa təzyiqlətin azalması ilə bağlı məlumat verilməsindən sonra təhdidlər də dayanıb”, - nəşr yazır.
Qeyd olunur ki, etirazlar dekabrın 28-də iqtisadiyyatı sanksiyalar səbəbindən iflic vəziyyətinə düşmüş İranda artan inflyasiya ilə əlaqədar başlayıb və daha sonra 1979-cu il İslam İnqilabından bəri İranı idarə edən ruhani hakimiyyət üçün ən böyük çətinliklərdən birinə çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top