“Vikipediya” tarixinin ən populyar səhifələri açıqlandı – Siyahı


“Vikipediya” onlayn ensiklopediyasının sahibi olan “Vikimedia Fondu” saytın ingilisdilli versiyasının tarixində ən populyar 25 səhifənin siyahısını tərtib edib.
Yeniavaz.com
xəbər verir ki, 25 illik yubileyində “Vikipediya”nın bu siyahısını Amerikanın “Popular Science” jurnalı dərc edib.
Jurnalın “Vikimedia”nın məlumatlarına istinadla verdiyi məlumata görə, ilk üç yeri “İllər üzrə ölümlərin siyahısı”, “Amerika Birləşmiş Ştatları” və “Donald Tramp” səhifələri tutub.
Nəşr yazır ki, onlayn ensiklopediya 2001-ci ildə nəşr olunsa da, bura 2008-ci ildən bu günə qədər olan dövr üçün məlumatlar daxildir.
Buna baxmayaraq, ilk üç mövzu onlayn ensiklopediyada milyonlarla məqalə arasında ən çox tələbat olan mövzu olaraq qalır.
Siyahıda birinci olan və məşhurların ölümləri haqqında məlumatları il və ay üzrə sıralayan “İllər üzrə ölüm siyahısı” səhifəsi 2008-ci ildən bəri 647 milyon 25 min 321 dəfə baxılıb. Səhifə hazırda onlayn ensiklopediyada 15 dildə mövcuddur.  
Siyahıda ikinci yerdə olan “Amerika Birləşmiş Ştatları” səhifəsi 328,5 milyon, üçüncü olan “Donald Tramp” səhifəsi isə 325 milyon dəfə baxılıb.
İlk beşliyi “II Yelizaveta” və “Hindistan” səhifələri tamamlayıb.
Cədvələ əsasən, altıncıdan onuncuya qədər olan yerləri futbolçu Kriştianu Ronaldo, ABŞ-nin keçmiş prezidenti Barak Obama, milyarder İlon Mask, İkinci Dünya Müharibəsi və Böyük Britaniya haqqında səhifələr tutub.
Onlardan sonra “Lionel Messi”, “Maykl Cekson”, “Taxt-tac oyunları” serialı, “Adolf Hitler”, “Eminem”, “Teylor Svift”, “Birinci Dünya Müharibəsi”, “The Beatles” və “Dueyn Conson” haqqında səhifələr yer alıb.
İyirminci yeri “ABŞ prezidentlərinin siyahısı” səhifəsi tutub və son beş yeri “Kanada”, “Ledi Qaqa”, “Oskar mükafatları”, “Freddi Merkuri” və “Ən çox gəlir gətirən filmlərin siyahısı” haqqında səhifələr tamamlayıb.
Qeyd edək ki, yanvarın 15-də “Vikipediya”nın fəaliyyətə başlamasından 25 il ötür. Hazırda onlayn ensiklopediyada 300-dən çox dildə yazılmış 65 milyondan çox məqalə var. Bu materiallar istifadəçilər tərəfindən hər ay 15 milyard dəfədən çox baxılır. Təkcə ingilis dilində olan məqalələlərin sayı isə  7,1 milyondan çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top