
Ötən ilin dekabr ayının 1-ə olan rəsmi məlumatlara görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 797,4 min nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 869 min nəfəri dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, ötən ilin əvvəlində muzdla çalışan işçilərin sayı 1 milyon 778,5 min nəfər olub və onlardan 882,8 min nəfəri dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, ötən ilin 11 ayında dövlət sektorunda işləyən işçilərin sayı 13,8 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 32,7 min nəfər artıb.
Onu da bildirək ki, bu ilin əvvəli ilə müqayisədə Azərbaycanda muzdlu işçilərin sayı 10,1 min nəfər azalıb.
Qeyd edək ki, son 10 ildə (2016-2025-ci illər) Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı cədvəldəki kimi olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz