
İranın hüquq-mühafizə orqanları “terrorçu qruplarla əlaqədə və kütləvi iğtişaşlarda iştirakda” ittiham olunan təxminən 3000 nəfəri saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Qeyd edək ki, İranda etiraz dalğası dekabrın 29-da rialın kəskin şəkildə ucuzlaşması ilə başlayan küçə etirazlarından sonra böyüyüb və əksər böyük şəhərlərə yayılıb. Ən böyük etirazlar Tehranda baş tutub, ən şiddətli toqquşmalar isə qərbdə və cənub-qərbdə (Məlikşahi, Kirmanşah və Lordeqan şəhərləri) qeydə alınıb. Hakimiyyət orqanları təxminən 40 hüquq-mühafizə orqanı əməkdaşının ölümü barədə məlumat yayıblar.
Müstəqil təşkilatlar isə 2 min 500-dən çox etirazçının qətlə yetirildiyini bildirirlər.
Tətbiqimizi yükləyə bilərsiniz