
Qazaxıstanda süni intellekt texnologiyası ilə işləyən “İmam AI” mobil tətbiqi təqdim ediləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstanın Ali Müftisi Naurızbay Taqanuli məlumat yayıb.
Onun sözlərinə görə, proqramın 2026-cı ildə tətbiqi planlaşdırılır.
Mobil tətbiqin etibarlı mənbələrə əsaslanaraq, dini suallara ən qısa bir vaxtda cavab verməsi gözlənilir.
Tətbiqin istifadəyə verilməsi müasir tələblərə uyğun olaraq, süni intellekt imkanlarını dini sahəyə sistematik şəkildə tətbiq etmək məqsədi daşıyır.
Qazaxıstan Ali Müftisinin sözlərinə görə, bu, təkcə insanların dini suallarına etibarlı və sürətli cavablar verməyə kömək etməyəcək, həm də ruhanilərin üzərinə düşən iş yükünü azaldacaq.
Tətbiqimizi yükləyə bilərsiniz