Yun Sok Yola 5 il iş verildi


Birinci instansiya məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolu bir neçə ittihamla, o cümlədən 2025-ci ilin yanvar ayında müstəntiqlərin onu həbs etmək səylərinə mane olmaqda ittiham edərək, beş il müddətinə azadlıqdan məhrum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yonhap News” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hökm həmçinin, Yolun 2024-cü ilin dekabrında Cənubi Koreyada qısa müddətə hərbi vəziyyət tətbiq etməsi ilə bağlı ittihamlarla bağlı olub.
Bu, Yolun hərbi vəziyyət elan edildikdən sonra üsyana rəhbərlik etmək ittihamı da daxil olmaqla, səkkiz iş üzrə ilk məhkumluğudur.
Keçmiş prezidentdən əlavə, işdə keçmiş müdafiə naziri Kim Yon Hyon və keçmiş Milli Polis Agentliyinin direktoru Ço Ci Ho da daxil olmaqla yeddi nəfər iştirak edir.
Yolun son hökmünün fevral ayının sonunda oxunacağı gözlənilir.
Qeyd edək ki, 13 yanvar 2026-cı ildə xüsusi prokurorluq qrupu dövlət sisteminə qarşı üsyan ittihamı ilə Cənubi Koreyanın keçmiş prezidentinə ölüm cəzası tələb edib. Cinayət məcəlləsində bu cinayətə görə yalnız ölüm cəzası və ya ömürlük həbs cəzası nəzərdə tutulur. Belə ki, 3 dekabr 2024-cü ildə Yun Sok Yol konstitusiyanı pozaraq hərbi vəziyyət elan edib və buna görə də, aprel ayında Konstitusiya Məhkəməsi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top