
“Real Madrid”in prezidenti Florentino Peres “Mançester Siti”nin hücumçusu Erlinq Holanla müqavilə imzalamaq istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Sky Sport" mənbəyə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, razılaşma bu yay baş tuta bilər. Holan və onun agenti Rafaela Pimenta ilə əlaqələr hələ də davam edir.
Bildirilir ki, Holan “Real Madrid”i karyerasının ən böyük məqsədi hesab edir.
Bununla belə, müqavilə bağlamaq çətin olacaq. Çünki onun “Mançester Siti” ilə 2034-cü ilə qədər müqaviləsi var.
Qeyd edək ki, Holan 2022-ci ildən bəri “Mançester Siti”də oynayır. Bu mövsüm oyunçu bütün turnirlərdə 29 oyun keçirib, 26 qol vurub və 4 məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz