
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağının müharibədən sonrakı idarəçiliyinə nəzarət edəcək “Sülh Şurası”nın yaradıldığını elan edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.
“Sülh Şurası”nın yaradıldığını elan etməkdən qürur duyuram. Stiv Uitkoffun da bəyan etdiyi kimi, biz Qəzza zolağı üçün 20 maddədən ibarət sülh planının növbəti mərhələsinə rəsmi olaraq keçmişik”, — deyə Tramp qeyd edib.
O bildirib ki, idarəetmə orqanının tərkibi tezliklə elan ediləcək.
Amerika lideri, həmçinin əlavə edib ki, Misir, Türkiyə və Qətərin dəstəyi ilə HƏMAS-la hərtərəfli silahsızlaşdırma razılaşması əldə ediləcək. Buraya bütün silahların təhvil verilməsi və bütün hərəkət tunellərinin sökülməsi daxil olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz