ABŞ Venesuela ilə əlaqəli altıncı tankeri ələ keçirdi


ABŞ Venesueladan neft daşıyan altıncı tankeri ələ keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı sosial şəbəkə hesabında məlumat yayıb.
“Sübh tezdən, Daxili Təhlükəsizlik Departamentinin dəstəyi ilə Birgə Əməliyyat Qrupu “Southern Spear”ın dəniz piyadaları və dənizçiləri “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisindən çıxaraq “Veronica” tankerini insidentsiz ələ keçiriblər”, - bəyanatda deyilir.
Komandanın məlumatına görə, “Veronica” ABŞ Prezidenti Donald Trampın Karib dənizində sanksiyalı gəmilərə qarşı karantin qərarını pozaraq fəaliyyət göstərib.
Gəmi izləmə xidməti “Marinetraffic”in məlumatlarına görə, gəmi Qayana bayrağı altında üzüb.

DİGƏR XƏBƏRLƏR

Top