“Ərəb ölkələri Trampı İrana şans verməyə inandırdı” − AFP


“Səudiyyə Ərəbistanı, Qətər və Oman hakimiyyəti ABŞ Prezidenti Donald Trampı İrana hücum etməkdən çəkinməyə inandırıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmisi AFP-yə məlumat verib.
Bildirilib ki, üç Körfəz ölkəsi son anda Prezident Trampı İrana xoş niyyətini nümayiş etdirmək üçün şans verməyə inandırmaq üçün diplomatik səy göstərib.
Onun sözlərinə görə, ölkələr qazanılan etimadı gücləndirmək və mövcud müsbət atmosferi qorumaq üçün ABŞ ilə danışıqları davam etdirirlər.
"The Wall Street Journal" qəzetinin əvvəllər yazdığına görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb dövlətləri ABŞ hökumətindən Tehrana hücum etməkdən çəkinməyi xahiş ediblər və İran rejimini devirmək cəhdinin neft bazarlarında qarışıqlığa səbəb olacağını və nəticədə ABŞ iqtisadiyyatına zərər verəcəyini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top