Motor yağı qışda niyə qatılaşır?


Qışda bəzi sürücülər mühərrik yağının qatılaşmasını müşayət edirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın “Avtodom” Şirkətlər Qrupunun baş direktorunun müavini Roman Timaşov gazeta.ru-ya danışıb.
“Aşağı temperaturda mühərrik yağının özlülüyü artır və onun nasos qabiliyyəti azalır. Bu, yağın xüsusiyyətlərinin temperaturdan asılı olaraq dəyişməsi ilə əlaqədardır. Bəzi avtomobil sahibləri iqlimə uyğun olmayan və ya istehsalçı tərəfindən tövsiyə olunmayan yağlardan istifadə edirlər. Həmçinin çox   çirklənmiş yağ soyuq havada tez qatılaşır”, - Timaşov deyib.
Mütəxəssis deyib ki, yağ strukturu qatılaşarsa, sürtünmə cütlərinə çatmaya və ya xüsusiyyətlərinin itirilməsi səbəbindən sıxıla bilər:
“Quru sürtünmə silindrlərin, pistonların və halqaların, eksantrik milin və yağ təzyiqindən asılı olan digər mexanizmlərin aşınmasını artır. Yağ əhəmiyyətli dərəcədə qatılaşarsa, starter krank milini çevirə bilməyəcək və buna görə də mühərrik işə düşməyəcək. Komponentlərdə artan aşınma mühərrikin sürətlə sıradan çıxmasına səbəb olur. Qatı yağdan yüksək təzyiq aşağı temperatur səbəbindən elastikliyini itirən möhürlərə və contalara zərər verə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top