“ABŞ “TRIPP”in hazırlıq mərhələsi üçün 140 milyon ayırdı” − Paşinyan


ABŞ-nin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) layihəsinin hazırlıq mərhələsinə investisiyaları 140 milyon dollar təşkil edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə danışıb.
“Amerika tərəfinin investisiyalarına gəldikdə: bildiyim qədəri ilə layihənin hazırlıq mərhələsi üçün artıq 140 milyon dollar ayrılıb. Konkret investisiyalara gəldikdə isə, onlar konkret layihələrin inkişafından asılı olacaq. Yəni, bu, ilkin hesablamalardan asılıdır, amma düşünürəm ki, investisiyaların əhəmiyyətli olacağı aydındır”, - o bildirib.
Paşinyan qeyd edib ki, TRIPP çərçivə müqaviləsinin özündə tərəflərin paylarının investisiyanın həcmi ilə müəyyən edildiyi bildirilir. Lakin, hazırda heç kim konkret investisiya rəqəmi verə bilməz. Məsələn, o qeyd edib ki, dəmir yollarının yenidən qurulması lazım olacaq, lakin zəruri xərcləri müəyyən etmək üçün texniki-iqtisadi əsaslandırma işləri aparılmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top