
“OpenAI” 50-dən çox dili dəstəkləyən və “Google Translate”ə rəqib olan “ChatGPT Translate” müstəqil onlayn mətn tərcümə xidmətini təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Verge” nəşri məlumat yayıb.
Məlumata görə, yeni xidmətə veb interfeysi vasitəsilə daxil olmaq mümkündür və görünüşcə “Google”un məşhur xidmətinə bənzəyir. İstifadəçilərə orijinal və tərcümə olunmuş mətn üçün iki mətn sahəsi, eləcə də, tərcümə dilləri seçimi təklif olunur. Bunula belə, xidmətlərin funksionallıqları fərqlidir.
“ChatGPT Translate” hazırda masaüstü brauzerdə mətn tərcüməsini dəstəkləyir, mobil versiya isə səsli girişə də imkan verir.
“Google Translate”dən fərqli olaraq, “OpenAI” xidməti sənədlərin, şəkillərin və ya veb səhifələrin yüklənməsinə icazə vermir.
“ChatGPT Translate”in xüsusiyyətlərindən biri, məsələn, mətni işgüzar ünsiyyət üçün uyğunlaşdırmağa imkan verən əlavə tərcümə stili parametrləridir.
Əslində, “OpenAI” “ChatGPT“nin uzun müddətdir mövcud olan tərcümə funksiyasını ayrı bir xidmətə çevirib, lakin hələlik iOS və “Android” üçün mobil tətbiqlər buraxmayıb və ya yeni xidmətdə konkret hansı süni intellekt modelinin istifadə olunduğunu açıqlamayıb.
Tətbiqimizi yükləyə bilərsiniz