Azərbaycanlı alim ABŞ-də saxlanıldı


ABŞ-də yaşayan azərbaycanlı alim Şövqi Hüseynov saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Investigative Post” nəşri məlumat yayıb.
Məlumata görə, o, ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) əməkdaşları tərəfindən saxlanılıb.
Baffalo Universitetinin professoru, neyrobioloq Şövqi Hüseynovun cinayət məhkumiyyəti yoxdur və onun 2029-cu ilə qədər ABŞ-də işləməyə imkan verən vizası var.
Onun saxlanılmasına səbəb olan hadisə isə yanvarın 7-də baş verib. Belə ki, həmin gün Hüseynov “Peace” Körpüsündə səhv yola girib (körpü ABŞ-nin Baffalo şəhərini Kanadanın Ontario şəhəri ilə birləşdirir) və Kanada ərazisinə keçib. Baffaloya qayıtdıqdan sonra isə sərhəd əməkdaşları tərəfindən saxlanılıb.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin xüsusi nümayəndəsi sərhədçilərin onun ABŞ-dən deportasiya olunacaq şəxslər arasında olduğunu müəyyən etdiklərini və buna görə də, Hüseynovu ICE əməkdaşlarına təhvil verdiklərini bildirib.
Buna baxmayaraq, onun həbsinin konkret səbəbi açıqlanmayıb.
Hüseynov son bir həftədir ki, Batavia təcridxanasında saxlanılır. Onun ölkədən deportasiya ediləcəyi gözlənilir.
Nəşr Hüseynovun 2022-ci ildən bəri Daxili Təhlükəsizlik Departamenti tərəfindən təsdiq edilmiş iş icazəsi ilə Ceykobs Tibb və Biotibbi Elmlər Məktəbində tədqiqatçı kimi işlədiyini bildirib. O, ABŞ-yə adətən universitet tələbələri və tədqiqatçılar üçün verilən J1 vizası ilə daxil olub.
Dörd ildir ki, Hüseynov Ceykobs Məktəbində mürəkkəb neyrobioloji tədqiqatlar aparır və beyin və immun sisteminin birlikdə necə fəaliyyyət göstərdiyini araşdırır.

DİGƏR XƏBƏRLƏR

Top