Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq


Yanvarın 17- dən 22-dək ölkə ərazisində ikinci soyuq hava dalğasının keçməsi ilə əlaqədar hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da yağıntıların sulu qara keçəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10 dərəcə, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq.
Respublikanın rayonlarında, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. 

DİGƏR XƏBƏRLƏR

Top