“3-ün kruqu”nda qəza oldu – Fotolar


Paytaxtın Nəsimi rayonu ərazisində avtomobil qəzası baş verib.
Yeniavaz.com
xəbər verir ki, hadisə Rövşən Cəfərov küçəsində (3-cü mikrorayon dairəsi), körpünün üzərində qeydə alınıb.
Belə ki, taksi sürücüsü idarəetməni itirib və nəticədə “Honda” markalı avtomobil yoldakı arakəsməyə çırpılıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bildirilir ki, taksidə müştəri qismində biri azyaşlı olmaqla 3 nəfər olub. Onların da müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Hadisə yerində çəkilmiş fotoları təqdim edirik:



Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top