
Əvvəlki aylarda olduğu kimi ötən ilin dekabr ayında da Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Bank BTB” ASC olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Şikayət olunan bankların siyahısında “Yelo Bank” ASC ikinci, “Bank of Baku” ASC isə üçüncü olub.
Barəsində ən az şikayət edilən bank isə “Paşa Bank” ASC olub. 5 bank haqqında isə heç bir şikayət daxil olmayıb.
Onu da bildirək ki, barəsində ən çox şikayət edilən “Bank BTB” həm də Azərbaycanda zərərlə işləyən yeganə bankdır. Ötən ilin ilk 3 rübünün yekununda “Bank BTB” ASC-nin xalis zərəri 641 min manat olub.
Məlumat üçün onu da bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
“Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlindir.
Dekabr ayında barəsində şikayətlər olan banklar bunlardır:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz