“Həmin məlumat həqiqəti əks etdirmir” – ABŞ-nin Bakıdakı səfirliyi


“ABŞ-nin Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırdığına dair məlumat həqiqəti əks etdirmir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi feysbuk hesabında paylaşım edib.
“Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik. Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti 21 yanvardan etibarən 75 ölkənin vətəndaşları üçün immiqrant vizalarının verilməsinin müvəqqəti olaraq dayandırılacağını açıqlayıb. Sözügedən ölkələrin siyahısında Azərbaycan da var.

DİGƏR XƏBƏRLƏR

Top