ABŞ BMT TŞ-dən İranla bağlı iclas keçirməyi tələb etdi


BMT Təhlükəsizlik Şurası (TŞ) yanvarın 15-də ABŞ-nin tələbi ilə İrandakı vəziyyətlə bağlı iclas keçirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yanvar ayı üçün Şuraya sədrlik edən Somalinin BMT Təhlükəsizlik Şurasındakı Daimi Nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, iclas bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 00:00) baş tutacaq.
Daimi Nümayəndəliyin məlumatına görə, gündəlikdəki məsələ İrandakı etirazlar fonunda “Yaxın Şərqdəki vəziyyət” olacaq.

DİGƏR XƏBƏRLƏR

Top