
ABŞ Prezident Administrasiyası Venesuela neftinin ilk partiyasını satıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Semafor” portalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, neftin ilk partiyası 500 milyon dollara satılıb. Ancaq neftin kimə satıldığı barədə məlumat verilməyib.
Digər tərəfdən, neft satışından əldə edilən gəlirin ABŞ hökumətinin nəzarətində olan bank hesablarında saxlanıldığı və əsas hesabın Qətərdə yerləşdiyi bildirilib.
Portalın mənbəyi qeyd edib ki, Qətər ABŞ üçün neytral platformadır və ona vəsaitləri müsadirə təhlükəsi olmadan köçürməyə və saxlamağa imkan verir.
Portalın məlumatına görə, yaxın vaxtlarda əlavə neft satışı da gözlənilir.
Qeyd edək ki, yanvarın 7-də ABŞ Energetika Nazirliyi Venesuela neftinin qlobal bazarda satışına başladığını açıqlayıb. Nazirlik qeyd edib ki, neft satışından əldə edilən gəlir ABŞ-nin nəzarətində olan bank hesablarına köçürüləcək. Daha sonra vəsait Vaşinqtonun qərarına əsasən Amerika və Venesuela xalqlarının xeyrinə bölüşdürüləcək.
Tətbiqimizi yükləyə bilərsiniz