
“Rusiya-Ukrayna münaqişəsinin həlli Moskvanın deyil, Kiyevin mövqeyinə görə gecikir”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Reuters” agentliyinə verdiyi müsahibə zamanı deyib.
Agenyliyin jurnalisti Amerika liderindən ABŞ-nin Ukrayna münaqişəsini həll etmək səylərinin niyə indiyə qədər uğursuz olduğu soruşub.
Tramp belə cavab verib: “Ukrayna Prezidenti Volodimir Zelenski”.
Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin münaqişəyə son qoymağa hazırdır.
“Düşünürəm ki, o, (Rusiya Prezidenti Vladimir Putin) razılığa gəlməyə hazırdır. Düşünürəm ki, Ukrayna razılığa gəlməyə daha az hazırdır”, - Tramp əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz