
Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci ilin birinci yarısı üzrə fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən 11 milyon 951 min dram (31 min 370 dollar) məbləğində bonus alıb.
Yeniavaz.com xəbər verir ki, bu məlumat “Hetq” nəşrinin hökumətə ünvanladığı yazılı sorğuya cavab olaraq açıqlanıb.
Bildirilib ki, bundan əlavə, Baş nazir Nikol Paşinyana ayrıca 1 milyon 970 min dram (5 170 dollar) mükafat verilib.
Məlumata görə, Baş nazirin Aparatı, Baş nazir və baş nazirin iki müavini 2021–2025-ci illər ərzində ümumilikdə 2 milyard 835 milyon 550 min dram (7 milyon 443 min dollar) həcmində bonus və mükafat alıblar. Ümumi məbləğin 381 milyon 848 min dramı (1 milyon dollar) 2025-ci ilin birinci yarısında bonus kimi ayrılıb. Bu vəsait həmin dövrdə çalışan 412 işçi, eləcə də Baş nazir və iki müavin arasında bölüşdürülüb.
Hökumət müavinlərin – Mqer Qriqoryan və Tiqran Xaçatryanın ayrı-ayrılıqda nə qədər bonus aldıqlarını açıqlamayıb. Bununla belə, rəsmi məlumata əsasən, 2021–2025-ci illərdə müavinlər ümumilikdə 106 milyon 738 min dram (280 min dollar) bonus əldə ediblər.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz