“Madaqaskar - 4” çəkiləcək


Amerikalı animator Tom MakQrat “Madaqaskar” cizgi filminin dördüncü hissəsini çəkmək istədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Animation Scoop” portalı məlumat verib.
Eyni zamanda, “Madaqaskar”ın ssenaristi və rejissoru Erik Darnell onun və MakQratın layihəni davam etdirmək üçün müəyyən ideyaları olduğunu bildirib.
Lakin animatorlar digər layihələrlə məşğul olduqları üçün yaxın vaxtda film üzərində işləyə bilməyəcəklər.
Ancaq hər şey planlaşdırıldığı kimi getsə, dördüncü hissə üzərində işlərə başlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top