
Avropa İttifaqı (Aİ) Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyanı Ermənistana təhvil verməsini alqışlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə xüsusi nümayəndəsi Anita Hipper “X” sosial şəbəkə hesabında bildirib.
“Bu, Ermənistan-Azərbaycan sülh prosesində irəliyə doğru atılmış mühüm bir addımdır. Aİ iki ölkə arasında gələcək müsbət addımları dəstəkləməyə davam edəcək”, - o qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz