Afrika Millətlər Kubokunun finalçıları məlum oldu


Mərakeş Afrika Millətlər Kubokunun yarımfinal matçında Nigeriyanı penaltilərlə məğlub edib.
Yeniavaz.com
xəbər verir ki, əsas və əlavə vaxt 0-0 hesabı ilə başa çatıb.
Oyundan sonrakı penaltilər seriyasında mərakeşlilər daha dəqiq olublar - 4:2.
Beləliklə, Mərakeş Afrika Millətlər Kubokunun finalına yüksəlib.
Mərakeşin finaldakı rəqibi yarınfinalda Misiri 1-0 hesabı ilə məğlub edən Seneqal olacaq.
Final oyunu yanvarın 18-də baş tutacaq.
Qeyd edək ki, Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunda 24 Afrika ölkəsinin milli komandası iştirak edir. Oyunlar Mərakeşin altı şəhərində keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top