ABŞ zərbə qrupunu Yaxın Şərqə göndərdi


ABŞ təyyarədaşıyan gəmisinin zərbə qrupunu Cənubi Çin dənizindən Yaxın Şərqə göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NewsNation” telekanalının jurnalisti Kelli Meyer mənbəyə istinadla “X” sosial media səhifəsində məlumat yayıb.
“ABŞ Cənubi Çin dənizindən Mərkəzi Komandanlığın məsuliyyət zonasına (Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrika daxil olmaqla) təyyarədaşıyan gəminin zərbə qrupunu göndərdi”, - deyə o yazıb.
Onun sözlərinə görə, bu qüvvələrin təxminən bir həftə ərzində Yaxın Şərqə çatacağı gözlənilir.
Qeyd edək ki, yanvarın 14-də “Reuters” agentliyi Avropa rəsmilərinə və İsrail hökumətindəki mənbəyə istinadla ABŞ-nin yaxın 24 saat ərzində İrana hərbi zərbə endirə biləcəyini bildirib. Agentliyin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp artıq belə bir qərar verib.

DİGƏR XƏBƏRLƏR

Top