Qəzzada müharibənin sona çatması planının ikinci mərhələsi başladı


ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff, Donald Tramp adından Qəzza zolağında müharibəyə son qoymaq planının ikinci mərhələsinə keçidi elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Uitkoff sosial şəbəkə hesabında məlumat yayıb. 
Bildirilib ki, Trampın planının bu mərhələsi keçid administrasiyasının yaradılmasını və Qəzza zolağını silahsızlaşdırmaq və yenidən qurmaq prosesinin başlanmasını tələb edir.
“Birləşmiş Ştatlar HƏMAS-ın son ölən İsrail girovunun cəsədinin qaytarılması da daxil olmaqla, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməsini gözləyir. Bunu etməmək ciddi nəticələrə səbəb olacaq”, - Uitkoff yazıb.
Xatırladaq ki, 2025-ci ilin oktyabr ayında İsrail və HƏMAS atəşkəs barədə razılığa gəldilər və Donald Tramp administrasiyası tərəfindən hazırlanmış sülh planını qəbul etdilər. Bu planın birinci mərhələsi İsrail həbsxanasından fələstinli məhbusların azad edilməsi müqabilində HƏMAS tərəfindən saxlanılan bütün qalan İsrail girovlarının geri qaytarılmasını nəzərdə tuturdu.

DİGƏR XƏBƏRLƏR

Top