
“ABŞ, çox güman ki, İrana qarşı hərbi güc tətbiq edəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə iki Avropa rəsmisi “Reuters” agentliyinə danışıb.
Onlardan biri bunun növbəti 24 saat ərzində baş verə biləcəyini bildirib.
İsrail rəsmisi həmçinin nəşrinə bildirib ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlar barədə qərar qəbul edib, lakin müdaxilənin miqyası və vaxtı hələ də bəlli deyil.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranda 28 dekabrdan bəri davam edən hökumət əleyhinə etirazları dəstəkləyib. Amerika lideri etirazların zorakılıqla yatırılmasını pisləyib və nümayişçilərə kömək edəcəyinə söz verib. Amerika mediasının məlumatına görə, ABŞ hakimiyyəti hərbi zərbələr, kiberhücumlar və İrana qarşı yeni sanksiyalar da daxil olmaqla müxtəlif müdaxilə variantlarını nəzərdən keçirir. Bu fonda ABŞ qoşunlarının bir hissəsini Yaxın Şərqdəki bazalarından çıxarmağa başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz