“Crocus”da baş verən terror aktı Ukrayna tərəfindən təşkil edilib” − Bastırkin


“Moskva yaxınlığındakı “Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktı ilə bağlı istintaq zamanı müstəntiqlər cinayətə hazırlığın bütün mərhələlərini müəyyən ediblər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin TASS-a verdiyi müsahibədə deyib.
“Bu cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hökuməti qeyri-sabitləşdirmək və Rusiyada daxili siyasi vəziyyəti sarsıtmaq üçün təşkil edilib. İstintaq terror aktının planlaşdırılması, hazırlanması və həyata keçirilməsinin bütün mərhələlərini müəyyən edib”, - Bastrıkin deyib.
Sədrin məlumatına görə, hücumun törədənlərindən dördü qaçmağa cəhd edib, lakin Bryansk bölgəsində saxlanılıb. Daha sonra onlarla əlaqəli olan on beş nəfər kimlikləri müəyyən edilərək tutulublar. Müstəntiqlərin sözlərinə görə, onların hamısı İslam Dövləti (İŞİD) qolu olan “Vilayət Xorasan” qrupunun üzvləri olub.
Xatırladaq ki, terrorçular 2024-cü ilin martın 22-də Krasnoqorskdakı ticarət mərkəzinə hücum ediblər. Konsert zalında baş verən atışma və yanğın nəticəsində 149 nəfər həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top