
Yanvarın 14-də Sumqayıt şəhəri ərazisində sağlamlıq imkanları məhdud olan 38 yaşlı Xəyalə Kərimova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994) 50 622-00-08 və (+994)55 429-03-60 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Tətbiqimizi yükləyə bilərsiniz