
“Dövlət katibi Marko Rubioya ABŞ-nin Qrenlandiyanı satın alması üçün rəsmi təklif hazırlamaq tapşırılıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin adı açıqlanmayan yüksək vəzifəli rəsmisi “NBC News”ə məlumat verib.
Mənbə bu planı ölkə başçısı Donald Trampın hazırda əsas prioriteti adlandırıb. ABŞ hökuməti prezidentin məqsədinə nail olarsa, özünüidarə edən Danimarka ərazisi üçün 700 milyard dollara qədər pul ödəyə bilər. Üç mənbəyə görə, Trampın akademiklərdən və keçmiş ABŞ administrasiyasının rəsmilərindən aldığı dəyər budur.
Nəşrin məlumatına görə, yanvarın 14-ü ABŞ vitse-prezidenti C.D. Vens və dövlət katibi Marko Rubio Trampın niyyətlərini və təkliflərini daha yaxşı başa düşmək üçün xüsusi olaraq Vaşinqtona səfər edən Qrenlandiya və Danimarka rəsmiləri ilə görüşəcəklər.
Tətbiqimizi yükləyə bilərsiniz