
İrana məxsus “Rona” yük gəmisi Xəzər dənizində qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkmənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkmənistan tərəfi hazırda beynəlxalq qaydalarla nəzərdə tutulmuş müvafiq prosedurları yerinə yetirir.
Qeyd edilib ki, xilasetmə əməliyyatından sonra 14 heyət üzvünün hamısı xilas edilib. Onların hamısı Hindistan və İran vətəndaşlarıdır.
Tətbiqimizi yükləyə bilərsiniz