Yun Sok Yola bu tarixdə hökm oxunacaq


Birinci instansiya məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yola qarşı üsyan işi üzrə hökmünü fevralın 19-da elan edəcək.
Yeniavaz.com
xəbr verir ki, bu barədə “Hankyoreh” qəzeti məlumat yayıb.
Daha əvvəl, Seul Mərkəzi Rayon Məhkəməsində keçirilən son dinləmə zamanı prokurorlar keçmiş prezident üçün ölüm cəzası istəyiblər.
Onlar iddia ediblər ki, hərbi vəziyyətin təkrarlanmasının qarşısını almaq üçün Yun Sok Yol keçmiş prezidentlər Çon Du Xvan və Ro De Udan daha ağır cəzalandırılmalıdır.
Prokurorlar həmçinin qeyd ediblər ki, Yun Sok Yol əməllərinə görə peşman deyil.
Qeyd edək ki, Cənubi Koreyada ölüm cəzası 1997-ci ildən bəri ləğv edilib, baxmayaraq ki, bu cəza cinayət məcəlləsində qalır.
Xatırladaq ki, 1996-cı ildə Çon Du Xvan və Ro De uu müvafiq olaraq edam cəzasına və 22 il həbs cəzasına məhkum ediliBlər. Çon Du Xvan 1979-cu ildə rəhbərlik etdiyi hərbi çevriliş və 1980-ci ildə Kvanjuda demokratiya tərəfdarı üsyanın yatırılmasına görə üsyan, xəyanət və korrupsiyada ittiham olunub. Lakin apelyasiya məhkəməsi və Ali Məhkəmə onun ölüm hökmünü ömürlük həbs cəzası ilə əvəz edib. 1997-ci ildə Cənubi Koreya prezidenti Kim Yon Sam milli birlik naminə Çon Du Xvan və Ro De Unu əfv edib.
Koreya Respublikasında məhkəmə sistemi üç səviyyədən ibarətdir: birinci instansiya məhkəməsi, apelyasiya məhkəməsi və Ali Məhkəmə.

DİGƏR XƏBƏRLƏR

Top