
Azərbaycanda həbsdə olan Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyan Ermənistana təhvil verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan feysbuk hesabında məlumat dərc edib.
“Gevorq Sujyan, David Davtyan, Vigen Eulcekyan və Vaqif Xaçatryan az əvvəl Həkəri körpüsündə Azərbaycan Respublikasının müvafiq qurumlarının nümayəndələri tərəfindən Ermənistan Respublikasının müvafiq qurumlarının nümayəndələrinə təhvil verilib və hazırda Ermənistan Respublikası ərazisindədirlər.
Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyan ilkin tibbi baxış zamanı sağlamlıqla bağlı problem göstərməyiblər. Vaqif Xaçatryanın sağlamlıq vəziyyəti ilkin olaraq qənaətbəxş qiymətləndirilir. Onlar Yerevana aparılırlar”, - Paşinyan bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz