
Ukraynada yeni müdafiə naziri təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “UNİAN “ məlumat yayıb.
Məlumata görə, bununla bağlı Ali Radada səsvermə keçirilib.
Səsvermə nəticəsində Mixaylo Fedorov müdafiə naziri postuna təsdiq edilib.
Müvafiq qətnamə layihəsinin qəbul edilməsinin lehinə 277 xalq deputatı səs verib.
Burada minimum tələb olunan səs sayı 226-dır.
Fedorov bu vəzifədə Denis Şmıqalı əvəz edib.
Qeyd edək ki, yanvarın 13-də Rada Mixaylo Fedorovu Baş nazirin birinci müavini və Rəqəmsal Transformasiya naziri vəzifəsindən azad edib. Onun müdafiə naziri təyinatı həmin günə planlaşdırılsa da, təxirə salınıb.
Tətbiqimizi yükləyə bilərsiniz