
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsinin qərarları açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi saytında dərc olunub.
“29 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan Xocalı PFK-VT Gəncə oyununda VT Gəncə komandasının prezidenti Hacıbala Əzimov AFFA-nı və hakimləri təhqir etdiyi üçün növbəti 10 (on) oyuna buraxılmasın. (Maddə 52.6)
29 dekabr 2025-ci il AFFA Region Liqasında keçirilməli olan Xocalı PFK-VT Gəncə oyununun hər iki komandanın oyun forması eyni olduğuna görə baş tutmadığı üçün oyun yenidən keçirilsin (Maddə 99, 100)” – məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz