
Böyük Btitaniya davam edən etirazlar fonunda İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper İcmalar Palatasında İranla bağlı verdiyi bəyanatda bildirib.
Nazir əlavə edib ki, sanksiyalar İranın neft, enerji, nüvə və maliyyə sistemlərindəki əsas “oyunçuları” hədəf alacaq.
Kuper Böyük Britaniya tərəfindən İrana qarşı hansı əlavə tədbirlərin görüləcəyini araşdırmaq üçün Avropa İttifaqı (Aİ) və digər tərəfdaşlarla işləməyə davam edəcəyini bildirib.
O, həmçinin bildirib ki, 2024-cü ilin iyul ayında Leyborist hökumətinin hakimiyyətə gəlməsindən bəri London İranda 220 şəxs və təşkilata qarşı sanksiyalar tətbiq edib.
Qeyd edək ki, yanvarın 13-də İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi İslam Respublikasında baş verən etirazlarla əlaqədar Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz